NATO baş katibi Lavrovla görüşmək istəyir

Baş katib Lavrovla görüşmək istəyir
ANN.Az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq yaxın zamanda Rusiya xarici işlər naziri Sergey Lavrovla NATO-Rusiya münasibətlərini müzakirə etmək arzusundadır.
Bu barədə baş katibin müavini Aleksandr Verbşou NATO-da Rusiya təmsilçisi Aleksandr Qruşko ilə görüşdə deyib.
"NATO baş katibi Yens Stoltenberq yaxın zamanda bu məsələləri və yaxın gələcəkdə atılacaq addımları Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirə etməyə ümid edir", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, NATO-nun Rusiya ilə bağlı siyasəti dəyişməz olaraq qalır.
www.ann.az
























