Məhv olmuş sivilizasiyalar haqqında hər şeyi biləcəyik - TAPINTI

İsrail Milli Kitabxanası min illər bunan öncə Böyük İpək Yolunda yaşayan yəhudi tacirlərin əlyazma arxivləri olan məşhur "əfqan genizası"nın əldə olunduğunu bəyan edib. Kitabxana əlyazmaları deşifrə edərək məlumatları internet şəbəkəsində yerləşdirəcəyini bildirib.
ANN.Az "RİA Novosti" informasiya agentliyinə istinadən xəbər verir ki, dini mətnlər, hesab kitabları, hüquqi sənədlər, bədii əsərlər və fars, ərəb, aramey, yəhudi dillərində olan tarixi xronikalar müasir Əfqanıstanın Bamiana şəhərindəki Əbu-Nassar ticarət evində XI əsrdəki həyat haqqında təsəvvür yaratmağa imkan verir.
Qüds kitabxanasının nəzarətinə həm də XIII əsrin əvvəlindəki administrativ arxivlər keçib. Bu arxivlərdə monqol hücumları nəticəsində məhv olmuş sivilizasiya haqqında geniş məlumatlar yer alıb.
"Çingizxanın və ordusunun özündən sonra qoyduğu dağıntılara görə regionun ərəb və fars mədəniyyəti haqqında sənədli abidələr, demək olar, yoxdur. Daha dəqiq desək, onlar bu günə qədər olmayıb", - deyə kitabxana "geniza"nın qiymətliliyini izah edir.
"Bir müddət sonra müsəlman alimlər islam sülalələrinin xronikasını tərtbi etdilər, ancaq bu mənbələr iqtisadiyyat, coğrafiya, sosial və siyasi tarix kimi sahələrə işıq sala bilər", - deyə press-relizdə qeyd olunub.
Şayiələrə əsasən, əlyazmalar Əfqanıstanın şimalında dağ mağarasında aşkar olunub.
Rəşid
www.ann.az
























