• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən varlı adamı sərvətini yoxsullara paylayacaq

Dünyanın ən varlı adamı sərvətini yoxsullara paylayacaq
16.09.2016 13:20
İnformasiya texnologiyaları nəhəngi Microsoftun qurucusu Bill Qeyts var-dövlətinin 95%-ni xeyriyyə məqsədilə ehtiyacı olanlara paylayacaq. 

ANN.Az Strateq.az-a istinadən xəbər verir ki, bunu dünyanın ən zəngin adamı olan Bill Qeytsin özü deyib.

İtaliya mətbuatına açıqlama verən iş adamı atmağı planlaşdırdığı bu addımı sərvətinin ehtiyaclarından xeyli artıq qalmasıyla əsaslandırıb: "Uşaqlarıma yaxşı təhsil almaq imkanı verə bildiyim və onların həyatları boyunca pulla bağlı heç bir qayğılarının olmamasını təmin etdiyiniz üçün özümü şanslı hiss edirəm. Amma bu pulun 95%-i mənim və onların ehtiyaclarını ödəmələri üçün çoxdur. İzafi kapitalımdan başqalarına kömək üçün istifadə etmək istəyirəm".

60 yaşlı iş adamının bu xeyirxah təşəbbüsü ilk hadisə deyil. Məlumata görə, Bill Qeyts 2007-ci ildən bu yana xeyriyyə məqsədilə 38 milyard dollar xərcləyərək, 6 milyon yoxsulun həyatını xilas edib. Bill Qeyts 80 milyard dollarlıq sərvətiylə dünyanın ən zəngin insanı ünvanını illərdir əlində saxlayır. İş adamının sərvətinin 95%-i 76 milyard dollar edir.  Bu vəsait Azərbaycanın 5 illik dövlət büdcəsi qədərdir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol