Dünyanın ən bahalı futbolçusu müsəlman oldu

Dünyanın ən bahalı futbolçusu olan "Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Pogbanın müsəlman olduğu məlum olub.
Bu barədə AzVision.az "The Telegraph” nəşrinə istinadən xəbər verir.
Məlumata əsasən Qvineya əsilli futbolçu öz "İnstagram” səhifəsində məsciddə çəkilən fotosunu paylaşaraq "Qurban bayramınız mübarək” yazıb.
"The Telegraph” yazır ki, Pogba "Mançester”in sabiq müdafiəçisi Patris Evra ilə birgə bayramı qeyd edib.
www.ann.az
























