Türk polisi səfirlik terrorunun qarşısını aldı

Türkiyədə İŞİD terror təşkilatının dörd yaraqlısı saxlanılıb.
Axar.az Habertürk-ə istinadən xəbər verir ki, sözügedən şəxslərin Almaniya Federativ Respublikası və İngiltərə səfirliklərində terror aktı planlaşdırdığı məlum olub.
Aktların 13–17 sentyabr arası həyata keçiriləcəyi planlaşdırılıbmış.
İŞİD-çilərdən üçü Ankarada, biri İstanbulda saxlanılıb.
www.ann.az
























