• $
  • €
  • ₽
  • ₺
  • £

Kasıb görünüşlü milyarder - FOTO

Kasıb görünüşlü milyarder - FOTO
19.09.2016 09:54
Xarici görünüşcə maddi baxımdan orta səviyyəli insana bənzəyən Ulav Tun dünyanın ən qəribə insanlarından biridir.

Norveçin "Olav Thon Gruppen" kompaniyasının rəhbəri olan bu şəxsin dünyanın ən varlı adamlarından biri olmasına heç kim inanmır.
Onun rəhbəri olduğu şirkətin tabeliyində ticarət mərkəzləri, otellər, aeroport və kimya müəssisələri var. Özü də bu ticarət mərkəzlərinin və otellərin bəziləri Norveçin sərhədlərindən kənardadır.     

Forbes milyarderlərinin siyahısına düşən bu insan hətta orta məktəbi qurtarmayıb.
 
"Mən tibb təhsili almaq istəyirdim. Amma  1939-cu ildə Avropada müharibə başlandı. Mən Xallinqdalda qaldım. Bu yerlərdə bir neçə tülkü ferması vardı. Özümlə bir neçə tülkü dərisi götürüb, onları satmaq üçün Osloya yola düşdüm", - deyə o xatırlayır.

Zirək oğlan addım-addım müvəffəqiyyətə nail olur. Bir il sonra o, Oslonun qərb hissəsində şəxsi xəz biznesini qurur.

Ulav həmin vaxtlar doğma evi və ferma ilə birdəfəlik vidalaşır: "İşlər elə yaxşı gedirdi ki, mən artıq Oslonun mərkəzində növbəti filialı açdım".

Oslonun mərkəzi Karla Yuxan küçəsində binanı satan alan Ulav bunun üçün 1,4 milyon Norveç kron xərcə düşür. O, bu məbləğin 80 min kronunu öz hesabına, digər məbləği isə bankdan kredit götürərək ödəyir.

Sonralar tarix fakültəsinə daxil olan gənc obyektinin gəlirlərinin getdikcə artmasının şahidi olur. Beləcə, tədricən milyarderə çevrilir.

O, ömrünün qocalıq çağlarını əsasən istirahətlə keçirir. Təbiət qoynunda gəzir, mənzərəli yerləri seyr edir. Lakin xeyriyyəçiliyi də unutmur. Belə ki, Ulav Tun 2013-cü ildə xeyriyyə fondunu yaradıb və ehtiyacı olanlara maddi kömək göstərir. Onun övladı yoxdur. Bu səbəbdən qoca indidən öləndə varidatının xeyriyyəçilik məqsədilə xərclənməsini vəsiyyət edib. O, tezliklə yeni xəstəxana da tikdirmək niyyətindədir. /publika.az/





www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol