Türkiyədən İŞİD-ə növbəti zərbə

Türkiyə İŞİD-in qərargahını dağıtdı
ANN.Az xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin hərbi-hava qüvvələri İŞİD terror təşkilatının Suriyanın şimalındakı mövqelərinə zərbələr endirib.
"Anadolu" agentliyinin verdiyi məlumata əsasən, hərbi qərargah, silah-sursat anbarı və sığınacaq atəşə tutulublar.
Xatırladaq ki, 24 avqustda Suriyada türk ordusunun "Fərat Qalxanı" adlı genişmiqyaslı əməliyyatı başlayıb. Əməliyyatın əsas məqsədi İŞİD və PKK terror təşkilatları ilə mübarizədir.
www.ann.az
























