• $
  • €
  • ₽
  • ₺
  • £

"Rusiya Ermənistana “İsgəndər” raketləri sata bilməz" - Hərbi ekspert

"Rusiya Ermənistana “İsgəndər” raketləri sata bilməz" - Hərbi ekspert
19.09.2016 14:34
Ermənistanda sentyabrın 21-də keçiriləcək hərbi parada hazırlıq çərçivəsində hərbi texnika arasında müasir "İsgəndər” raketlərinin olduğu da müşahidə edilib. Mətbuatda yer alan məlumatlara görə, operativ-taktiki "İsgəndər” raketlərini Rusiya Ermənistana satıb. 

Bəs bu yazılanlar nə qədər doğrudur? Ümumiyyətlə Rusiya Ermənistana belə bir silah sata bilərmi? Qaynarinfo.Az bu suallarla hərbi ekspert Üzeyr Cəfərova müraciət edib.

Üzeyir Cəfərov bildirib ki, bu silahlar Ermənistanın deyil: "Sadəcə olaraq Rusiya ilə Ermənistan arasında birgə hava hücumundan müdafiə sazişinə əsasən müvvəqəti olaraq Ermənistana verilib. Paradda iştirakdan sonra, yenidən Rusiyanın nəzarətinə qayıdacaq. Sözsüz, belə ciddi silahların ermənistana verilməsi yolverilməzdir. Ermənistan işğalçı bir dövlətdir. 20 ildən artıqdır öz havadarları vasitəsilə, bizim torpaqlarımızı işğal altında saxlayır. Buna görə də biz etirazımızı bildirməliyik. ATƏT-in Minsk Qrupunun Həmsədr ölkələri də buna biganə qalmamalıdırlar". 

Ekspertin fikrincə narahatçılığa o qədər də əsas yoxdur: "Bu silahlar bundan öncəki paradlarda da Ermənistana verilmişdi. Aprel uğursuzluqlarından sonra həm Ermənistanda, həm də Rusiyada çox böyük narahtçılıqlar var. Bu silahlar müvəqqəti olaraq Ermənistanın istifadəsindədir. Amma biz son dərəcə ehtiyatlı və diqqətli olmalıyıq ki, o silahlardan düşmən istifadə edə bilər. Amma bu silahlar Ermənistanın deyil".

Üzeyir Cəfərov qeyd edib ki, bu silahı Ermənistana satıbsa, Rusiya çətin vəziyyətə düşəcək: "Bu günə qədər Rusiya bu silahların satılması və ya verilməsi ilə bağlı BMT-ə heç bir rəsmi arayış təqdim etməyib. Hər bir ölkə satdığı və verdiyi silahlarla bağlı, BMT-ə hesabat verir. Rusiya mütəxəssisləri ermənipərəst mövqe tuturlar. Mən əminliklə deyə bilərəm ki, operativ-taktiki "İsgəndər” raketləri Ermənistan silahlı qüvvələrinin arsenalında yoxdur və ola da bilməz. Ermənistanın bu silahları almaq üçün maddi imkanları yoxdur. Ona görə onların hiyləgərliyinə uymamalıyıq və özümüzü çaşdırmamalıyıq. Belə dezinformasiyalara aldanmaq olmaz".


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol