• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxsə 3498 il həbs cəzası verilir

Bu şəxsə 3498 il həbs cəzası verilir
19.09.2016 16:12
ETA separat qruplaşmasının üzvləri tərəfindən İspaniyada 2009-cu ildə həyata keçirilmiş terror aktının təşkilatçısı Mikel Kabikoys Karrera Sarobe 3498 il müddətinə həbs cəzası ala bilər.
 
Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABC qəzeti bildirib.
 
2009-cu ilin iyulunda içində 700 kiloqram partlayıcı maddə olan avtomobil Burqos şəhərində mülki qvardiyanın kazarmalarının yanında partladılıb. Partlayış 263 qvardiyaçı və onların ailə üzvlərinin yaşadığı binanın fasadını tamamilə dağıdıb. Ancaq terror aktı zamanı onlardan bir çoxu yay məzuniyyətində olub. Terror aktı zamanı heç kim həlak olmayıb, amma təxminən 150 nəfər, həmçinin 41 uşaq yaralanıb.
 
Mikel Karrera terror aktının həyata keçirdiyi vaxt ETA-nın hərbi qanadın rəhbəri idi. Prokurorluq hesab edir ki, həmin vaxt Fransada olan Mikel Karrera terror aktının keçirilməsi barədə təlimat verib.
 
Onun üzərində məhkəmə bu gün başlanır. Prokurorluq terror aktı nəticəsində yaralanan 145 nəfərin hər birinə görə Mikel Karreranın 24 il, dəyən zərərə görə isə əlavə olaraq 18 il müddətinə  azaqlıqdan məhrum edilməsini tələb etmək niyyətindədir.
 
2013-cü ilin dekabrında məhkəmə "Otasua komandası”nın üzvləri - Danielyu Pastora, İniqo Sapiraynu və Beatris Etçeberriayanın hər birini 3860 il həbs cəzasına məhkum edib.
 
Mikel Karrera 2010-cu ilin mayında Fransada həbs edilib və 2013-cü ildə mülki qvardiyanın iki əməkdaşının qətlinə görə ömürlük həbsə məhkum edilib. Fransa bu ilin martında onu İspaniyaya ekstradisiya edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol