“Google” yeni messencerini istifadəyə verəcək

ABŞ-ın "Google” korporasiyası sentyabrın 21-də "Allo” adlanan yeni messencerini işə salmağı planlaşdırır.
İKT.lent.az-ın "runews24.ru” saytına istinadən məlumatına görə, bu barədə Qərbin sahə KİV-ləri öz şəxsi mənbələrinə istinadən bildiriblər.
Yeri gəlmişkən, "Google” rəhbərliyi bu ilin may ayında tərtibatçıların I/O konfransında özünün yeni "Allo” messencerini istehsal edəcəyini anons etmişdi. Gözlənilir ki, bu əlavə "Google” akkaunta deyil, telefon nömrəsinə bağlı olacaq. Bu, bir növ artıq istifadəyə verilmiş populyar "Telegram” messencerinin analoqu olacaq.
Tərtibatçılar bildirib ki, "Allo” bir neçə innovativ funksiyalarla təchiz ediləcək. Məsələn, messencer istifadəçilər üçün ismarıclara cavab verməyə "ağılllı” variantlarla kömək edəcək. Bundan başqa, o, şəkillərdəki yerləri tanıyacaq.
www.ann.az
























