Təyyarə kitabxanaya çevrildi - VİDEO

Türkiyədə Çankırı Bələdiyyəsi maraqlı addım atıb.
ANN.Az onedio.com-a istinadən xəbər verir ki, Çankırı Bələdiyyəsi "Airbus A 300" tipli təyyarəni kitabxana kimi oxucuların ixtiyarına verməyi planlaşdırır. Sentyabrın 24-dən etibarən "təyyarə-kitabxana" oxuculara xidmət etməyə başlayacaq.
Qeyd edək ki, bundan öncə "qatar-kitabxana" fəaliyyətə başlamışdı.
Tofiq Əli
www.ann.az
























