1 milyon “Samsung Galaxy Note7” smartfonu geri çağırıldı

ABŞ-ın geniş istehlak məhsullarının təhlükəsizliyi üzrə komissiyası (US Consumer Product Safety Commission, CPSC) nəhayət "Samsung Galaxy Note7" smartfonlarının geri çağırılması ilə bağlı genişmiqyaslı kampaniyaya başladığını elan edib.
ANN.Az lent.az-a istinadən xəbər verir ki, indiyədək "Samsung" bu prosedurdan hər cür yolla yayına bilirdi.
Şirkət müxtəlif ölkələrdə "Galaxy Note7"nin satışını dayandırıb, potensial təhlükəli cihazları tez bir zamanda yoxlanılmış akkumulyatorlarla təchiz edilmiş smartfon modelləri ilə əvəz etməyi planlaşdırırdı.
CPSP sentyabrın 15-nə qədər "Samsung Galaxy Note7" almış istifadəçilərdən bu smartfonları istifadə etməməyi və dərhal onları söndürməyi xahiş edir. Komissiya rəsmiləri bildirir ki, geri çağırılmaya 1 milyona yaxın "Samsung Galaxy Note7" smartfonu məruz qalıb.
Hazırda ABŞ-da 92 yanğın halı qeydə alınıb. Bu zaman 26 nəfəri yanıq xəsarəti alıb, 55 nəfərin isə şəxsi mülkiyyəti, xüsusilə də qaraj və avtomobilləri ziyan görüb.
Yaranmış vəziyyətlə bağlı daha əvvəldən anons edilən "Samsung Galaxy S8" smartfonunun vaxtından qabaq istehsal olunacağı proqnozlaşdırılır.
www.ann.az
























