Dünyada bir ilk: Pandalar səfir seçildi

Dünyada ilk dəfə BMT-ın xoşməramlı səfiri seçilən əkiz pandalara Çiçi və Dyandyan adları verilib.
Bu barədə azvision.az Çinin "Sinxua" agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, 2015-ci ildə dünya liderləri Nyu-Yorkda 2030-cu ilə qədər davamlı inkişaf konsepsiyasını müzakirə edən zaman Çinin Şendu qoruğunda əkiz pandalar dünyaya gəlib. Burada bir simvolun olduğunu görən BMT-nin inkişaf proqramının rəsmiləri bu pandalar vasitəsilə konsepsiyaya diqqət çəkmək istəyiblər.
Əkiz pandalara adların seçilməsi ilə bağlı müsabiqə bu ilin yanvarın 17-dən başlayıb. Çində yerləşən BMT-nin İnkişaf proqramının nümayəndəliyinin rəsmisi Nils Knudsenin sözlərinə görə, istifadəçilər pandalar üçün 116 ölkədən 5 mindən çox ad göndəriblər.
www.ann.az
























