ABŞ-ın hədər gedən 5 trilyon dolları

11 sentyabr terror hadisəsindən sonra ABŞ terrorla mübarizə üçün ayırdığı 5 trilyon dollar hədərə gedib.
İnterAz xəbər verir ki, bunu World Socialist Web Site təhqiqat qrupu heyətinin sözçüsü mətbuata bildirib.
Qrumdan verilən məlumata görə Amerikanın Brown universiteti Vaşinqtonun 11 sentyabr hadisələrindən bu vaxta qədər terrorla mübarizə üçün ayırdığı 5 triliyon dolların hədər getdiyini bildirib.
Eyni zamanda Amerika ordusunun 16 min əsgərinin Əfqanıstan, İraq və Suriyada olduğu qeyd edilir.
Qrumun apardığı dəqiq hesablamalara görə, 2003-cü ildə Amerikanın İraqa qoşun yeritməsi nəticəsində bir miliyon İraqlı ölüb, on iki miliyon İraq xalqı qaçqın düşüb. İraq və Əfqanıstanda on dörd min Amerika əsgəri ölüb, əlli iki min əsgər yaralanıb. Amerikanın terror adı ilə bu ölkələrdə apardığı əməliyyatlar nəticəsində yüz minlərlə dinc sakin psixoloji xəstəliklərə mübtəla olublar. Bundan əlavə minlərlə Amerika əsgəri bu müharibələrdən sonra əsəb və psixiliji xəstəliklərə tutulublar.
Araşdırmalarda o da məlum olub ki, İraq və Əfqanıstan müharibəsi hər Amerikalı ailəyə 75 min dollara başa gəlib.
İlkin mərhələdə ABŞ-ın terrorla mübarizəyə dair planına əsasən 1.7 triliyon dollar ayrılsa da, İraq və Əfqanıstan müharibəsi hazırlanan planla üst-üstə gəlmədiyinə görə bu rəqəm iki dəfə artırılıb. Ümumilikdə isə bu rəqəm 5 triliyon dollara çatıb.
Amerikanın təhlükəsizliyi naminə terrorizmlə mübarizəyə qalxan, lakin həm öz əsgərlərinin, həm də şərq ölkələri xalqlarının həyatını alt-üst edən yalnış siyasi addımlar nəticəsində Amerikana dünya səviyyəsində öz etibarını zədələmişdir” deyə qrum sözçüsü bildirib.
Bütün bunlar araşdırmalar nəticəsüində məlum olan faciələrdir. Əlbəttə 15 il ərzində baş verən bu müharibələrin zərər-ziyanı deyilənlərdən həddən artıq çoxdur.
www.ann.az
























