"Yahoo!": 500 milyon istifadəçinin məlumatları oğurlanıb

"Yahoo!" şirkəti etiraf edib ki, 2014-cü ildə 500 milyon istifadəçinin akkauntları barədə məlumatlar oğurlanıb.
İKT.lent.az-ın "Reuters"ə istinadən xəbərinə görə, bildirilib ki, "sındırılma dövlət tərəfindən maliyyələşdirilib".
Oğurlanan məlumatlar adları, elektron poçt ünvanlarını, telefon nömrələrini, doğum tarixlərini, parolları və bank hesabları haqda informasiyaları əhatə edib.
www.ann.az
























