Bağdad qana boyandı: 18 ölü, 47 yaralı

İraqı paytaxtı Bağdadda silsilə terror aktları baş verib.
Axar.az xəbər verir ki, şiələrin yaşadığı Bayya bölgəsində kamikadzenin özünü partlatması nəticəsində 9 nəfər ölüb, 26 nəfər yaralanıb.
Əl Cədid bölgəsində baş verən partlayış nəticəsində də 9 nəfər həlak olub, 21 nəfər yaralanıb.
Xatırladaq ki, İraq ordusu İŞİD-ə qarşı genişmiqyslı hərbi əməliyyatlara başladıqdan sonra terror hücumlarının sayı artıb.
www.ann.az
























