Gözləri olmayan uşaq doğuldu

Çində gözləri olmayan uşaq dünyaya gəlib.
ANN.Az teleqraf.com-a istinadən bildirir ki, dünyada 10 min nəfərdə bir rast gəlinən nadir xəstəliklərdən biri olan anophthalmia-lı uşaq dünyaya gəlib.
Liu Peihua sentyabrın 20-də Çinin Guangzhou hospitalında övladını dünyaya gətirib. Doğuşdan sonrakı müayinələr zamanı bu qeyri-adi mənzərə ortaya çıxıb. Məlum olub ki, körpənin göz almacıqları yoxdu. Körpənin qidalanmasında və gündəlik rejimində heç bir problem yoxdur. Səsə də normal uşaqlar kimi reaksiya verir. Lakin göz qapaqları açılmır.
Qeyd edək ki, bu xəstəlik gözləri əmələ gətirən mayenin yaranmasının qarşısını alır və gözün içinin boş qalmasına gətirib çıxarır. Həkimlər uşağın vəziyyətinin yaxşı olduğunu və böyüdükdən sonra şüşə göz qoyulacağını deyiblər.
www.ann.az
























