• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı tələbəyə 15-20 nəfərlik dəstə hücum etdi - UKRAYNADA

Azərbaycanlı tələbəyə 15-20 nəfərlik dəstə hücum etdi - UKRAYNADA
29.09.2016 14:30
Ukraynanın Sumı şəhərində azərbaycanlı tələbə döyülüb.

Sumı vilayəti Azərbaycanlıları Konqresinin sədri Mehriban Salmanova APA-ya bildirib ki, Sumı Aqrar Universitetinin 3-cü kurs tələbəsi, Kürdəmir rayonunda anadan olmuş Azərbaycan vətəndaşı Quliyev Tural Hətəmxan oğlu 15-20 nəfərin hücumuna məruz qalıb.
 
Hadisə universitetin yataqxanası qarşısında baş verib. Türkmənlərdən ibarət 15-20 nəfərlik dəstənin üzvləri sərxoş halda yataqxananın yaşlı komendantına sataşıblar. Yaxınlıqda olan T. Quliyev onları sakitliyə dəvət edərkən hücuma məruz qalıb, dəmir alətlərlə döyülüb. Onun öldüyünü zənn edən dəstə üzvləri hadisə yerindən qaçıb.
 
Xəstəxanaya çatdırılan T. Quliyevin başından müxtəlif xəsarətlər və ağır kontuziya aldığı, özünü idarəetmə imkanlarının məhdudlaşdığı məlum olub.
 
M. Salmanova bildirib ki, T. Quliyev Azərbaycana gətirilib, müalicəsi üçün xeyli vəsait lazımdır. O, hadisə barədə polisə müraciət etdiklərini də bildirib: "Hadisəni törədənlərdən birini saxlasalar da, sonradan buraxdılar. Bundan sonra dəfələrlə etdiyimiz şikayətlərimizə da baxmayıblar, heç bir tədbir görülməyib”.
 
Qeyd edək ki, Azərbaycanın Zaqatala rayonundan olan tələbə Məhəmməd Səfərəliyev iki gün əvvəl Ukraynada bıçaqlanaraq öldürülüb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol