• $
  • €
  • ₽
  • ₺
  • £

Robot kreslo növbəyə nəzarət edəcək - YENİLİK

Robot kreslo növbəyə nəzarət edəcək - YENİLİK
29.09.2016 19:47
Yaponiyanın "Nissan Motor” avtomobil istehsalçısı canlı növbədə rahat durmaq üçün nəzərdə tutulan "ProPILOT Chair” avtonom kreslosunu təqdim edib.

"ICTnews” Elektron Xəbər Xidməti "N+1” resursuna istinadən yazır ki, növbədə uzun müddət dayanmaq kifayət qədər yorucudur və insanlar çox vaxt əyləşərək istirahət etmək imkanı axtarırlar. Lakin hamı oturan zaman növbəni izləmək çətin olur və bu, konfliktlə nəticələnən çaşqınlıq yarada bilər.

"Nissan” mühəndislərinin düzəltdiyi kreslo canlı növbə sırasını müstəqil izləyir. Qurğu ötürücü və kameralar vasitəsilə öndə dayanan kresloyadək olan məsafəni müəyyənləşdirir və avtonom təkər platforması lazım gəldikdə irəliyə doğru hərəkət edir. İnsan kreslonu tərk edərək növbədə birinci olan zaman qurğu avtomatik olaraq kənara çəkilərək növbənin sonuna keçir. Beləliklə, növbədə oturan insanların hərəkət ardıcıllığını əlavə müzakirə etməyə və ya yerlərini dəyişməyə ehtiyac qalmır. Belə ki, növbənin bütün idarəetməsi avtomatik rejimdə həyata keçirilir.

Mühəndislər kreslonu ərsəyə gətirərkən bir sıra "Nissan” markalı avtomobil modellərində avtopilot rejim üçün nəzərdə tutulan mövcud "ProPILOT” sistemindən istifadə ediblər. Bu rejimdə avtomobil sürəti müstəqil saxlaya və distansiyaya riayət etməklə irəlidə gedən nəqliyyat vasitəsinin arxasınca hərəkət edə bilir.

Bundan əvvəl "Nissan” mütəxəssisləri 2016-cı ilin əvvəlində "YouTube” videohostinqində müstəqil hərəkət edən kreslonun işini nümayiş etdirən videoçarx yerləşdiriblər. Şirkət mühəndisləri adi ofis kreslolarını otaqda sərbəst hərəkət edə bilən robotlara çeviriblər.  

Standart kreslo təkərləri əl çalmaqla aktivləşən xüsusi elektron bloklarla əvəzlənib. Eksperimentin mahiyyəti yeni avtopilot parklama sisteminin nümayişindən ibarətdir.

Bildirilir ki, kreslolar quraşdırılmış "Wi-Fi” modulu vasitəsilə kompüterdən komandalar alır. Öz növbəsində kompüter otağın divarlarında quraşdırılan kənar kameralardan daxil olan təsvirlərə əsaslanır. Beləliklə, sistem başqa istehsalçıların bilavasitə nəqliyyat vasitəsinə quraşdırdıqları xüsusi sensorlar olmadan da işləyə bilir. Keyfiyyətli sürücüsüz parklama üçün adi videomüşahidədən də istifadə mümkündür.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol