• $
  • €
  • ₽
  • ₺
  • £

Məhəmməd peyğəmbərdən bəhs edən filmə qadağa

Məhəmməd peyğəmbərdən bəhs edən filmə qadağa
30.09.2016 13:58
Mumbaydakı sünni-müsəlman təşkilatı Daxili İşlər Nazirliyi və Hindistandakı İran konsulluğuna müraciət edərək iranlı rejissor Məcid Məcidinin Məhəmməd peyğəmbər barəsində çəkdiyi filmin qadağan edilməsini istəyib.

Daxili işlər naziri Rajnath Singh-ə, baş nazir Maharashtra Devendra Fadnavis-a göndərilən müraciətdə Raza Akademiyası filmin hindistanlı bəstəkarı A.R.Rahmanın da məhkəməyə verilməsini tələb edir.

Təşkilat bunun Hindistan müsəlmanlarının hisslərinə toxunduğunu deyir.

"Məhəmməd Allahın elçisi" filmi tanınmış rejissorun Məhəmməd peyğəmbərdən bəhs edən trilogiyasından birincisidir.

Film Hz. Məhəmmədin hələ peyğəmbər olmamışdan əvvəl - 12 yaşınadək olan həyatı vǝ o dövrdǝ Məkkədə cǝrǝyan edǝn hadisǝlǝrdən bəhs edir.

2015-ci ildə çəkilmiş bu filmdə Sareh Bayat, Mohsen Tanabandeh, Rana Azadivar, Əli Reza Shoja-nuri və başqa tanınmış aktyorlar çəkilib. Film avqustun 27-də Monrealda keçirilən kino festivalında nümayiş etdirildikdən sonra, eyni vaxtda İranda 57 kinoteatrda göstərilib və dünyanın müxtəlif guşələrinə yayılıb.

Raza Akademiyasının qurucusu Məhəmməd Səid Nuri müraciətdə yazır:

"Birincisi filmə peyğəmbərin adı verilməməlidir. İnsanlar film barədə nəsə pis şey danışanda filmin adını çəkirlər ki, bu, Məhəmməd peyğəmbərə qarşı təhqir kimi səslənir. İkincisi, İslamda fotoya icazə verilmir. Orda isə bir neçə aktyor Məhəmməd rolunu ifa edir... Film çoxlu dillərə dublyaj edilib və yəqin ki, bütün dünyaya yayılacaq. Bu çox pisdir. Çünki film İranın puluyla çəkildiyi üçün, İran da islam respublikası olduğuna görə bir çox insanlar filmi qəbuledilən sayır."

Nuri deyir ki, akademiyanın 5 nəfərlik nümayəndə heyəti şikayət üçün Mumbaydakı İran konsulluğuna getsə də, heç kim onları qəbul etməyib.
İslamda peyğəmbərin şəkli qadağan olunduğundan Məcidi peyğəmbərin üzünü filmdə göstərməyib.

Amma buna baxmayaraq Film İrandan kənarda mübahisələrə səbəb olub.

Misirdəki Al-Azhar məscidi ilə bağlı olan İslam Tədqiqat Akademiyası da filmi pisləyib, həmçinin Səudiyyə Ərəbistanın baş müftisi filmə qarşı çıxıb.
Amma filmi qismən maliyyələşdirən İran hökuməti onu bəyənib.

56 yaşlı Məcidi "Cənnətin işığı” (1999) və "Səmanın uşaqları” (1997) kimi tanınmış filmlərin müəllifidir.

Bu filmlər ən yaxşı xarici film kateqoriyasına görə Oskar mükafatına təqdim olunublar./azadliq.org/
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol