Sumqayıt dünyanın ən çirkli şəhərləri arasında - SİYAHI

Dünyada cənnət guşəsinə bənzər yerlər olduğu kimi, cəhənnəmi xatırladan, insan həyatı üçün çox təhlükəli məkanlar da var.
ANN.Az Ölkə.Az-a istinadən Amerikanın "Blacksmith İsntitute" adlı ekoloji fondunun reytinq siyahısını sizlərə təqdim edir. Planetin ən çirkli və insan həyatı üçün təhlükəli şəhərləri ilə siz də tanış olun.
10- Dzerjinsk, Rusiya

Ötən əsrdə Dzerjinskdə 200 min tondan çox təhlükəli kimyəvi maddə basdırılıb. Şəhərdə istifadə edilən su o qədər çirklidir ki, kritik normadan dəfələrlə aşağı səviyyədədir. Şəhər əhalisinin orta yaş həddi 45 ildir.
9- Kabve, Zambiya

1902-ci ildə Zambiyada böyük qurğuşun və kadmium yataqları kəşf edildi. Bu metalların çıxarılması və işlənməsi üçün nəzərdə tutulan şirkətlər quruldu. Hal-hazırda şaxta və zavodlar işləməsə də, ekoloji vəziyyət kritik həddədir. Şəhər sakinləri zəhərlənmədən əziyyət çəkir. Hətta uşaqların qanının tərkibində olan qurğuşun miqdarı normadan 10-15 dəfə artıqdır.
8-La-Oroya, Peru

Bu şaxtaçılar şəhəri sakinlərinin 90 %-indən çoxunun qanının tərkibində yüksək miqdarda qurğuşun maddəsi var. Şəhərdə 1992-ci ildən bu yana fəaliyyət göstərən zavod ekologiyaya ciddi ziyan vurur.
7-Linfın, Çin

Yerli şaxtalarda yandırılan daş kömür 3 milyondan çox şəhər sakininə ciddi ziyan vurur. Əhalinin 200 min nəfəri pnevmoniya, ağ ciyər xərçəngi və bronxitdən əziyyət çəkir. Linfın Çinin ən çirkli şəhəri sayılır. Şəhərdə maskasız gəzmək mümkün deyil.
6- Norilsk, Rusiya

Norilsk Rusiyanın ən çirkli şəhərlərindən biridir. Bu ərazi dünyanın ən böyük metallurgiya kompleksinin yerləşdiyi şəhər sayılır. Şəhərdə 130 min nəfər respirator xəstəliklərdən əziyyət çəkir. Şəhərdə hava o qədər çirklidir ki, 2001-ci ildə dövlət tərəfindən xarici vətəndaşların şəhərə girişi qadağan edilib.
5- Sukinda, Hindistan

Sukind ərazisində çox iri xrom yatağı yerləşir. Şəhərdəki ölümlərin 90 %-i xrom zəhərlənməsinin payına düşür.
4-Tyanjin, Çin

Tyanjin Çində ən böyük qurğuşun istehsalçısıdır. Hava çirkliliyi normadan on dəfə çoxdur. Məsələn, şəhər ətrafında yetişdirilən buğdanın tərkibində qurğuşun, Çin standartlarından 24 dəfə çoxdur.
3-Vapi, Hindistan

Şəhərdə mindən çox sənaye müəssisəsi fəaliyyət göstərir. Suyun tərkibində olan civənin miqdarı normadan 96 dəfə çoxdur. 70 mindən çox şəhər əhalisi ağır xəstəliklərdən əziyyət çəkir.
2-Sumqayıt, Azərbaycan

Sumqayıt postsovet məkanında ən çirkli şəhərlərdən biri sayılır. Sovet dövründə şəhərdə fəaliyyət göstərən çoxsaylı zavodlar ekologiyaya ciddi təsir edib. Hal-hazırda zavodların əksəriyyəti fəaliyyət göstərməsə də, ekoloji vəziyyət hələ də düzəlməyib.
1- Pripyat, Ukrayna

Çernobıl AES yaxınlığında yerləşən Pripyat şəhəri dünyanın ən çirkli şəhərləri siyahısına liderlik edir. 1986-cı ildə baş verən qəza nəticəsində kifayət qədər böyük ərazi ekoloji cəhətdən demək olar ki, məhv olub. Qəzanın fəsadları nəticəsində 5.5 milyon nəfər insan zərər çəkib.
www.ann.az
























