• $
  • €
  • ₽
  • ₺
  • £

“Apple” 302 milyon dollar cərimələndi

“Apple” 302 milyon dollar cərimələndi
01.10.2016 14:35
Texasın Federal Məhkəməsi "Apple” korporasiyasını 302,4 milyon dollar cərimələyib.
 
İKT.lent.az-ın "Bloomberg” agentliyinə istinadən məlumata görə, buna səbəb "VirnetX Holding Corp” tərtibatçısı şirkətinin təhlükəsiz kommunikasiyalar texnologiyaları ilə bağlı müəllif hüquqlarının pozulmasıdır. 

Agentlik bildirir ki, söhbət iki patentin pozulmasından gedir. Onlar "FaceTime” video zənglər üçün əlavə vasitəsilə təhlükəsiz kommunikasiyalar texnologiyalarının və VoD ("video-on-demand” - sorğu ilə video) proqramının qanunsuz istifadəsidir.

Avqustda Federal Məhkəmə Texasın Qərb Dairəsi Məhkəməsinin qərarını rədd edib. Bu qərara görə, "Apple” korporasiyası 4 patent hüququnun pozulmasına görə 625 milyon dollardan artıq təzminat ödəməli idi.

2012-ci ildə "VirnetX Holding Corp.” artıq "Apple”ə qarşı iddia qaldırıb. O zaman qaldırılan iddia ilə tərtibatçı ABŞ şirkətindən "FaceTime” əlavəsinin texnologiyalarından istifadə etdiyi üçün 368,2 milyon dollar ala bilib. Sonradan apelyasiya məhkəməsi bu qərarı ləğv edib. 

Bu ilin fevral ayında "VirnetX” yenə də "iMessage” xidmətində patentləşdirilmiş texnologiyalardan istifadə etdiyi üçün "Apple”i məhkəməyə verib və korporasiyaya qarşı 625 milyon dollarlıq iddia qaldırıb. Sonradan bu qərar da rədd edilib. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol