İŞİD İraqdakı bütün neft quyularına nəzarəti itirib

İŞİD terrorçu qruplaşması İraqda nəzarətdə saxladığı son neft quyularını da itirib.
ANN.Az AzərTac-a istinadən xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İŞİD-in Kərkük yaxınlığındakı bölgələrdən kənarlaşdırılmasından sonra ölkədəki bütün neft quyuları terrorçu qruplaşmanın nəzarətindən çıxıb.
İŞİD-in İraqdakı neft gəlirlərini itirməsi ilə başqa maliyyə mənbələri tapmaq məcburiyyətində qalacağı bildirilir.
www.ann.az
























