• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlərdən maraqlı ixtira: “Ağıllı” şalvar

Alimlərdən maraqlı ixtira: “Ağıllı” şalvar
02.10.2016 10:27
Bir sıra xroniki və genetik xəstəliklər hərəkət pozğunluğunun inkişafına səbəb ola bilər. 

Təkcə Avropada əlil arabasında gəzən 3,2 milyon, köməksiz hərəkət edə bilməyən 40 milyon insan yaşayır. Bu dəfə çəliksiz və ya qoltuqağacısız hərəkət edə bilməyən insanlara "ağıllı" şalvar yaradan robot texnikası kömək edəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "Populyarnaya Mexanika" resursuna istinadən yazır ki, "ХoSoft" adlanan "ağıllı" şalvar və ümumilikdə geyim sistemi mahiyyət etibarilə ayaqların aktivliyini saxlayan və əzələ atrofiyası xəstəliklərinin qarşısını alan yumşaq və modullu ekzoskeletdir. Xarici görünüşünə görə adi şalvarı xatırladan ekzoskelet qocalara və əlillərə hərəkətliliyi artırmağa kömək etməklə sağlamlıq vəziyyətini və həyat keyfiyyətini yaxşılaşdıra bilir.

Qabaqcıl parça və "ağıllı" materiallardan oynaqların hərəkətsizliyini və hərəkət azlığını hiss edəcək geyimin yaradılması üçün istifadə ediləcək. Quraşdırılmış sensorlar istifadəçiyə lazımi hərəkətləri etmək üçün idarəedici qurğu və gücləndirici vasitəsilə yardımçı olacaq. Bundan başqa, qurğu geyimi geyinənin istəyinə uyğun hərəkət sərbəstliyini təmin edəcək. Artıq Avropa İttifaqı və İsveçrə texnologiyanın hazırlanması üçün 5,4 milyon avro ayırıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol