Göbələk yığmağa gedən kəndlilər 3 vedrə pul tapdılar

Türkiyənin Sakarya əyalətində maraqlı hadisə baş verib.
ANN.Az publika.az-a istinadən bildirir ki, xəbər verir ki, Sakaryanın Xəndək kəndinin sakinləri meşəyə göbələk yığmağa gediblər. Ancaq onlar gözlənilməz sürprizlə qarşılaşıblar.
Belə ki, kəndlilər göbələk yığarkən yerə tökülmüş 1 lirəlik qəpiklərlə rastlaşıblar. Qəpikləri vedrələrə dolduran kəndlilər əmanəti polisə təhvil veriblər.
Kim və ya kimlər tərəfindən atıldığı bilinməyən pulların saxta olub-olmadığı yoxlanılır.
www.ann.az
























