Estoniyada prezident seçilir

Estoniya parlamenti bu gün ölkə prezidentini seçəcək
ANN.Az xarici mediaya istinadən xəbər verir ki, bu gün Estoniyanın parlamenti prezidentin seçilməsi ilə bağlı səsvermə keçirəcək.
Bir müddət öncə deputatlara yeganə namizəd - Estoniyanın Avropa Hesablama Palatasındakı nümayəndəsi, 46 yaşlı Kersti Kalyulayd təqdim edilmişdi.
Kalyulayd yetəri qədər səs toplamasa, seçkilərin ikinci tutu keçiriləcək.
www.ann.az
























