Uşaq bağçasında "döyüşçü klubu" təşkil olunub - ABŞ-da

Onlar uşaqları ələ salaraq, döyüşməyə məcbur edirdilər
ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Virciniya ştatında 26 yaşlı uşaq bağçası tərbiyəçisi 3 illik həbs cəzasına məhkum edilib.
Məlum olub ki, o, işlədiyi uşaq bağçasında 2 yaşlı uşaqlar üçün əsl "döyüşçü klubu" təşkil edib. "The Washington Post"un yazdığına əsasən, gənc qadın və onun həmkarı Sara Cordan uşaqların güləşməsi və döyüşməsini təqdir edirmiş. Bundna əlavə, onlar uşaqları müxtəlif üsullarla ələ salırdılar.
Bu özbaşınalığın nə qədər davam etdiyi məlum olmasa da, cinayət işinə daxil olan materiallar 2013-cü ildən bu günə qədər aiddir.
www.ann.az
























