Vergi müfəttişi iranlını qaçırdı - ERMƏNİSTANDA

Ermənistanda vergi müfəttişi İran vətəndaşını qaçırıb
ANN.Az xəbər verir ki, Ermənistanda Vergi müfəttişliyinin əməkdaşı ortaqları ilə birlikə İran vətəndaşını qaçırıb.
Bu barədə məlumat 19 sentyabrda Xüsusi təhqiqat xidmətinə daxil olub. Məlum olub ki, İran vətəndaşı Qasem Q. "Toyota kemri" avtomobilində naməlum şəxslər tərəfindən aparılıb.
Yolda olarkən vergi müfəttişinə polisdən zəng gəlib və o, iranlını buraxıb.
Məsələ ilə bağlı cinayət işi açılıb.
www.ann.az
























