• $
  • €
  • ₽
  • ₺
  • £

"iMessage" istifadəçiləri DİQQƏTLİ OLUN!!!

"iMessage" istifadəçiləri DİQQƏTLİ OLUN!!!
03.10.2016 20:11
iMessage-dən olan informasiyalar hüquq-mühafizə orqanlarına verilə bilər. 
 
İKT.lent.az-ın Cert.gov.az-a istinadən xəbərinə görə, yaradıldığı "Apple" şirkəti tərəfindən iMessage messenceri dostlar və həmkarlar arasında konfidensial ünsiyyət vasitəsi olaraq qələmə verilir. Əldə olunan sənədlərdən isə tətbiqetmənin o qədər də qapalı olmadığı ortaya çıxıb.
 
Şirkət özündə istifadəçilərin kiminlə və nə vaxt ünsiyyəti haqda informasiyaları saxlayır və həmin məlumatlar hüquq-mühafizə orqanlarının tələbi ilə əldə oluna bilər.
 
"Apple" aşağıdakı məlumatları toplayır:
 
* İPhone sahibinin daxil etdiyi telefon nömrələri;
 
* Vaxt və tarix;
 
* İstifadəçinin yerləşdiyi yeri müəyyən etmək üçün istifadə olunan İP ünvan.
 
Hər dəfə istifadəçi telefon nömrəsi daxil etdikdə, tətbiqetmə yoxlamaq məqsədilə "Apple"-in serverinə məktubu alan şəxsin uçot qeydlərinin olub-olmamasını barədə sorğu göndərir. Bu vaxt şirkət istifadəçinin uçot qeydinin olub-olmamasından asılı olmayaraq, kiminlə əlaqə qurmaq istəyi barədə məlumatları görür. Bundan başqa, "Apple" bu informasiyanı hüquq-mühafizə orqanlarının təqdim etdiyi müvafiq order əsasında onlara ötürə bilər.
 
"Apple"-dan bu məsələni belə şərh ediblər: "Order olduqda, biz hüquq-mühafizə orqanlarının tələb etdiyi informasiyalardan yalnız sərəncamımızda olan məlumatları təqdim edə bilərik. Nəzərə alsaq ki, iMessage-də hərtərəfli şifrələmədən istifadə olunur və buna görə də bizim yazışmaların mətninə girişimiz yoxdur".
 
Qeyd etmək istərdik ki, iMessage istifadəçilərin konfidensiallıqlarını təhlükə qarşısında qoyan yeganə deyil. Məsələn, yeni Google Allo messenceri istifadəçilərin yazışmasını qeyri-məhdud vaxt ərzində saxlayır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol