Ermənistanda hərbçi özünü körpüdən atmaq istədi

Ermənistanda 29 yaşlı hərbçi paytaxt İrəvanda intihara cəhd edib.
ANN.Az AzVision-a istinadən xəbər verir ki, sərxoş hərbçi idarə etdiyi maşını saxlayaraq Kiyev prospektində yerləşən körpüdən özünü atmağa çalışıb.
Hadisə ilə bağlı gecə 2 radələrində Ermənistanın Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər sərxoş hərbçini fikrindən yayındıra biliblər.
www.ann.az
























