Türkiyədə terror planlaşdıran tələbə saxlanıldı - 7 bombalı maşınla

Adanada hava limanı və polis mərkəzlərinə bombalı hücum hazırlayan tələbə saxlanılıb.
"Qafqazinfo” Tükiyə KİV-ə istinadən xəbər verir ki, bomba yüklü 7 maşınla paralel partlayışlar törətmək istəyən tələbə ilə yanaşı, ona kömək edən 4 nəfər də tutulub.
Bildirilir ki, saxlanılan şəxslərin toplaşdığı anbarda aparılan axtarış zamanı polis təxminən 21 kilo kimyəvi maddə, düyü içərisinə gizlədilmiş 2 əl bombası, kalaşnikov avtomatı və 7 partlayıcı kapsul ələ keçirib.
www.ann.az
























