“Facebook”dan inqilabi yenilik

Dünyanın ən məşhur sosial şəbəkəsi olan "Facebook”da növbəti yeniliyin istifadəyə verilməsi planlaşdırılır.
ANN.Az xarici mediaya istinadla xəbər verir ki, bu yeniliyə əsasən, müxtəlif əşyaların alqı-satqısı artıq "Facebook”da "Bazar məkanı” adlı tətbiq vasitəsilə də reallaşdırılacaq. Sosial şəbəkə alqı-satqı və barter proseslərini asanlaşdırmaq niyyətindədir.
"Facebook" əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkədir.
www.ann.az
























