Berlin islamı "almanlaşdırır" - İDDİA

Almaniya hökuməti 2017-ci il üçün "alman islamı" alman reallıqlarına proqramını reallaşdırmağı planlaşdırır.
ANN.Az xarici mediaya istinadən xəbər verir ki, bu məsələdə əsas vəzifə daxili işlər nazirliyinin boynuna düşəcək.
"Proqram inteqrasiya xarakterlidir. Onunla eyni anda bir neçə qurum və nazirlik məşğul olacaq. Əsas vəzifə isə daxili işlər nazirliyinin boynuna düşəcək. Lakin əmək və sosial məsələlər nazirliyi və digər qurumlar da bu yeniliyin həyata keçirilməsində aktiv iştirak edəcək", - deyə Almaniyanın hakim Xristian-demokratlar ittifaqından bildiriblər.
Bununla rəsmi Berlin miqrantların adaptasiyası problemini həll etmək niyyətindədir.
www.ann.az
























