WhatsApp-dan gözlənilməz yenilik!

WhatsApp-da da Snapchat kimi emoji, yazı və boyama seçimləri etmək mümkün olacaq
Dünyanın ən populyar və ən çox istifadə olunan mesaj platforması WhatsApp yenilənən xüsusiyyətləri ilə sevənlərini sevindirməyə davam edir. Son olaraq fayl və foto paylaşımlarını göndərmə xüsusiyyətini təqdim edən WhatsApp-ın bu dəfəki yeniliyi kamera ilə əlaqəlidir.
Snapchat və Instagram-ın "Hekayələr” bölümü ilə məşhurluq qazanan fotolara emoji əlavə etmə detallarını indi də WhatsApp-da yer alan yenilikdə görmək mümkün olacaq. Belə ki, artıq siz də WhatsApp vasitəsilə göndərəcəyiniz şəkillərə emosiya, yazı əlavə edə bilər, hətta boyaya bilərsiniz.
Eyni zamanda video çəkərkən zoom edə bilmə xüsusiyyətini də təqdim edən WhatsApp-ın çatışmayan tərəfləri üzərində işlər davam etdirilir. Son olaraq kamera açıq ikən ekrana klik edərək ön və arxa kameraya asanlıqla keçid edə biləcəksiniz.//Technote.az
























