Rusiya səfirliyini atəşə tutdular - SURİYADA

Silahlı şəxslər minaatanlardan Rusiya Federasiyasının Dəməşqdəki səfirliyini atəşə tutublar.
ANN.Az xəbər verir ki, diplomatik missiya üzərinə atəş Cobara rayonundan aparılıb.
Hazırda Cobara "Ən-Nusra" və "Faylak Ar-Rahman" qruplaşmalarının nəzarəti altındadır. Atəş nəticəsində səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.
Daha iki mina səfirlik yaxınlığında partlayıb.
www.ann.az
























