İran sərhədində silahlı toqquşma - 12 ölü

İran hərbçiləri ölkənin qərbində silahlı qruplaşma ilə toqquşmada 12 terrorçunu zərərsizləşdiriblər.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandiri Məhəmməd Pakpur deyib.
Onun sözlərinə görə, toqquşma İraqla sərhəddə yerləşən Kermanşah əyalətində baş verib. Toqquşmada 3 iranlı hərbçi xəsarət alıb.
www.ann.az
























