• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərə ən çox maaş verən ölkələr - SİYAHI

Müəllimlərə ən çox maaş verən ölkələr - SİYAHI
05.10.2016 14:43
Bu gün dünyanın 100-dən artıq ölkəsində Beynəlxalq Müəllimlər günü (World Teacher`s Day) qeyd olunur.

Müəllimlər gününün qeyd olunması bütün  təhsil işçilərinin cəmiyyətdəki vəziyyətinə, onların ölkənin inkişafındakı roluna diqqət yetirməyi nəzərdə tutur.
5 oktyabr tarixi təsadüfən seçilməyib. 1966-cı ilin bu günü Parisdə YUENSKO və Beynəlxalq Əmək Təşkilatının birgə iclasında "Müəllimlərin durumu” haqda sənəd qəbul olunub. Həmin sənəddə müəllimlərin hüquqları, onların təsnifatının yüksəldilməsi yolları, işə qəbul və əmək şərtləri barədə tövsiyələr yer alıb.
 
1994-ve ildən bəri iclasın keçirildiyi tarix Müəllimlər günü kimi qeyd olunur. Hər il Müəllimlər gününü yeni devizi olur. 2016-cı ildə bu deviz: "Müəllimin yüksək statusu – onun ixtisasının dəyərinin tanınmasıdır” şəklindədir.
 
YUNESKO-nun Statistika İnstitutunun məlumatına görə 2020-ci ilə qədər ibtidai təhsil üçün dünya ölkələrinə əlavə 12,6 milyon müəllim lazım olacaq.
 
Ümumiyyətlə, "pedaqoq” sözü Qədim Yunanıstanda yaranıb. Yunanlar ağalarının uşaqlarını məktəbə aparıb-gətirən qullarını belə adlandırırdılar. Yunan dilində "pedaqoq” sözü "uşaq aparmaq”, "uşaq gəzdirmək” mənasını verir. Pedaqoqlar tədricən quldan evdə dərs deyən müəllimlərə çevrildilər.
Ginnesin Rekordlar Kitabı dünyanın ən qədim universiteti olaraq Mərakeşin Fəs şəhərində yerləşən Əl-Qarauin universitetini qeydə alıb. Universitet 959-cu ildə Fatimə və Məryəm əl-Fəhri bacılarının maliyyəsi ilə tikilib.

Dünyanın 123 ölkəsində dərs ili 1 sentybarda,43 ölkədə 1 yanvarda və 16 ölkədə 1 martda başlayır.

Çexiyada "5” ən pis, "1” isə ən yaxşı qiymət sayılır. Fransada 20 ballıq, Çində isə 100 ballıq qiymətləndirmə sistemi mövcuddur. Norveçdə 8-ci sinfə qədər şagirdlərə qiymət yazılmır.

Hindistandakı məktəblərdən birində 28 min şagird təhsil alır. Ən bahalı məktəb isə Londonda yerləşən "Beynəlxalq ledi və centelmenlər məktəbi” sayılır. Burada illik təhsil haqqı 80 min dolları keçir.
Finlandiyada dərsdə müəllimlə yanaşı, müəllim köməkçisi də olur. Müəllim şagirdin istəyi olmadan ondan dərs soruşa, yaxud lövhəyə çıxara bilməz.
Finlandiya məktəblilərinin nüfuzlü PİSA təşkilatının reytinqində dünya üzrə birinci yerdə dayanır.

2003-cü ildə avstraliyalı müəllim tarixin ən uzun dərsini keçmişdi. Həmin dərs 54 saata qədər davam etmişdi.
 
Çində dərsdən qabaq bütün şagirdlər mütləq şəkildə idman edir və açıq havaya çıxır. Bundan başqa, onlara dərsdə yatmaq və yemək yeməyə icazə verilir.
 
Belçikada qazlaşdırılmış su texnologiyasından istifadəyə qədər şagirdlərə pivə verilirdi.
Azərbaycanda isə müəllimlərin maaşı uzun illərdir müzakirə olunur. Müəllimlər əmək haqlarının nəhayət dolanışığa yetəcək qədər artacağına ümid edirlər. 
Təxmini hesablamalara görə, hazırda Azərbaycanda iş stajından və dərs saatından asılı olaraq müəllimlərin orta aylıq əmək haqqı 150 - 240 avro arasında dəyişir.
 
Modern.az saytı dünya ölkələrində orta aylıq əmək haqqına görə ölkələrin siyahısını təqdim edir.
 
1. Lüksemburq – 5653 avro
2. Almaniya – 3550 avro
3. İrlandiya – 3226 avro
4. Avstraliya – 3200 avro
5. Hollandiya – 3165 avro
6. ABŞ - 2600 avro
7.  Danimarka – 3046 avro
8. Belçika – 2688 avro
9. Böyük Britaniya – 2680 avro
10. Avstriya – 2520 avro
11. İtaliya – 1995 avro
12. Polşa-999 avro
13. Türkiyə - 800 avro
14. Estoniya – 745 avro
15. Rusiya – 545 avro
16. Ukrayna – 260 avro
17. Gürcüstan – 230 avro
18. Ermənistan – 280 avro
19. Finlandiya – 3500-4500 avro.
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol