Nazir: "İŞİD-in sonu çatdı"

İraqın baş naziri Heydər Əl-İbadi təkfirçi vəhhabi İŞİD terror təşkilatının sonunun çatdığını bildirib.
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, İraq baş naziri Neynevada İraqın Səsi radiosunun xidmətə verilməsi mərasimində etdiyi çıxışında, Mosul sakinlərinə xitab edərək, İŞİD zülmündən xilas olmaq vaxtının çox yaxın olduğunu deyib.
İbadi çox yaxın bir vaxtda Mosulda İraq bayrağını dalğalandıracaqlarını və İŞİD-in zülmünə burada son qoyacaqlarını bildirib.
İraqın baş naziri Mosul xalqına müraciət edərək, şəhərin terrorçulardan azad edilməsi əməliyyatında İraq ordusu və təhlükəsizlik qüvvələrilə əməkdaşlıq etmələrini istəyib.
Heydər Əl-İbadi Mosulun işğaldan azad edilməsilə bağlı keçiriləcək əməliyyatın dəqiq tarixini verməsə də, açıqlamalarında bu tarixin çox yaxın olduğunu bildirib.
Qeyd edək ki, İraqın baş naziri oktyabrın 4-ü, həmçinin Ayətullah seyid Əli Sistanilə İraqda gedən son prosesləri danışıb.
www.ann.az
























