• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən bahalı brendləri - SİYAHI

Dünyanın ən bahalı brendləri - SİYAHI
06.10.2016 00:02

"Interbrand Corp." konsaltinq agentliyi dünyanın ən bahalı brendlərinin reytinqini tərtib edib. 

"Report"un "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, siyahıda birincilik dəyəri il ərzində 179,1 mlrd. dollardək artan "Apple" şirkətinə verilib. İkinci "Google" (11% - 133,3 mlrd. dollaradək bahalaşıb) seçilib. Liderlərin üçlüyünü 13 il siyahının birincisi olan "Coca-Cola" tamamlayıb (- 7%, 73,1 mlrd. dollar). Bununla belə, hər il reytinqin üçlüyünə eyni brendlər düşə bilir. Onların ancaq sıralanması dəyişir. 

Reytinqin ilk onluğuna yüksək texnologiyalar sektorunun 6 nümayəndəsi, o cümlədən "Microsoft" (4-cü yer, dəyəri - 72,8 mlrd. dollar, "İBM" (6-cı yer, 52,5 mlrd.dollar), "Samsung" (7-ci yer, 51,8 mlrd. dollar) və "Amazon" (8-ci yer, 50,3 mlrd. dollar) brendi də daxil olub. Eyni zamanda, onluqda "Toyota" (5-ci) və "Mercedes" (9-cu) kimi avtomobil brendləri, habelə "General Electric" (10-cu) də yer alıb.

Reytinqdə ən sürətli dəyər toplayan brend "Facebook" (+ 48%, 32,6 mlrd.) hesab edilir. O, 15-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 100 aparıcı dünya brendinin ümumi dəyəri 2015-ci ildə ötən illə müqayisədə 4,7% artaraq, 1,796 trl. dollar təşkil edib. Brendlərin dəyəri hesablanarkən şirkətlərin maliyyə nəticələri, onların istehlakçıların alış-verişi barədə qərarlarına təsiri və gəlirləri təmin etmək qabiliyyəti nəzərə alınır. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol