• $
  • €
  • ₽
  • ₺
  • £

30 il evdən çıxmayan kişinin sirri nədir?

30 il evdən çıxmayan kişinin sirri nədir?
06.10.2016 07:50

Almaniya polisi oğullarını 30 il evdə saxlamaqda ittiham olunan cütlük barədə araşdırma aparır.

"Qafqazinfo” "BBC”yə istinadən xəbər verir ki, Bavariya şəhərinin Bayreuth kəndində yaşayan və hazırda 43 yaşı olan kişi sonuncu dəfə 13 yaşında evdən çölə çıxıb. O, məktəbdə təhsilini dayandırdıqdan sonra ictimaiyyətdə az-az görünüb.

Polisə kişi barədə məlumat keçən ay gizli ötürülüb. Bundan sonra polis kişini xəstəxanaya aparıb.

Almaniyada şəxsi həyat haqqında ciddi qaydalar mövcud olduğundan kişinin kimliyi açıqlanmır. 

Kişinin anası mediada deyib ki, oğlu "sadəcə küçəyə çıxmaq istəməyib” və o, sadəcə övladını qorumaq istəyib.

Polisin sözçüsü Juergen Stadter jurnalistlərə söyləyib ki, hələlik kişinin niyə evdən çıxmamasının səbəbi bilinmir.

"Bəlkə o özü belə istəyib”, o əlavə edib. O, bunun cinayət işindən daha çox ailə faciəsi olduğunu vurğulayıb.

 Şahidlər bildiriblər ki, onlar kişinin evdə sərbəst hərəkət etdiyini güman edirlər və onun zəncirlənməyinin şahidi olmayıblar.

Polis onun haqqında yalnız 30 il əvvəl onun ibtidai məktəbə və orta sinfə getdiyini göstərən sənədə malikdir. Həmin sənəddə deyilir ki, məktəb onun orada dərslərə gəlməyə uyğun olmadığını deyir.

Hazırda kişi həkim müayinəsindən keçir.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol