Dağıntılar altından 1 aylıq körpə çıxararkən ağlayan xilasedici - VİDEO

Suriyada xilasedicilər dağıntılar altında qalmış 1 aylıq körpəni xilas ediblər.
ANN.Az onedio.com-a istinadən xəbər verir ki, xilasedicilərdən biri uşağı təcili tibbi yardım maşınına apararkən göz yaşlarını saxlaya bilməyib.
"Onu görəndə qızım yadıma düşdü, qızım kimi bilib qucağıma aldım", deyən xilasedicinin görüntüləri insanların diqqətini çəkib.
























