• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah Trampın taleyi həll ediləcək

Sabah Trampın taleyi həll ediləcək
09.10.2016 13:07
ABŞ Respublikaçılar Partiyasının rəhbərliyi sabah partiyanın Milli Komitəsinin iclasının çağırılması barədə qərar verib.

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, iclasda partiyanın ABŞ prezidentliyinə namizədi milyarder Donald Trampla bağlı məsələnin müzakirə olunacağı gözlənilir.

Milli Komitənin üzvlərinə göndərilən elektron məktubda müzakirənin predmeti göstərilməyib. Ancaq Milli Komitənin bəzi hüquqşünasları hesab edirlər ki, iclas D.Trampla bağlı son qalmaqalla bağlıdır və D.Trampın namizədliyinin ləğvi müzakirəyə çıxarılacaq. Respublikaçılar Partiyasının Milli Komitəsinin iclasları çox nadir hallarda və çox vacib məsələlərlə əlaqədar çağırılır.

Qeyd edək ki. Bundan əvvəl Respublikaçılar Partiyasının prezidentliyə namizədi D.Trampın başqa bir namizədlə əvəzlənməsi imkanlarını öyrəndiyi barədə məlumat yayılıb. Buna səbəb D.Trampın 2005-ci ildə qadınlar barədə söylədiyi təhqiramiz söhbətin ortaya çıxmasıdır. D.Tramp bunu inkar etməyib. Bununla belə, milyarder öz istəyi ilə heç bir halda seçki marafonundan çəkilməyəcəyini bəyan edib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol