• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə TERROR: Ölənlərin sayı 18 nəfərə çatdı-YENİLƏNİB

Türkiyədə TERROR: Ölənlərin sayı 18 nəfərə çatdı-YENİLƏNİB
09.10.2016 15:49


Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində Durak Jandarma hərbi postuna bomba yüklü avtomobilə hücum nəticəsində şəhid olan əsgərlərin sayı 10-a çatıb.
 
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
 
B. Yıldırım deyib ki, 4-5 ton partlayıcı maddədən istifadə edilməklə törədilən partlayış nəticəsində 8 mülki şəxs həyatını itirib. Baş nazir Türkiyə ordusunun və polisinin ölkə sərhədlərindən kənarda və Türkiyədə PKK terror təşkilatına qarşı uğurlu əməliyyatlar həyata keçirdiyi bildirib. B. Yıldırım deyib ki, ciddi itkilər verən PKK mülki şəxslərin də həyatını itirməsinə yol açan terror aktlarına baş vurduğunu vurğulayıb. O, Türkiyənin terrorla mübarizənin davam edəcəyini söyləyib.
 
Bu arada olayla bağlı təfərrüatlar da məlum olub. , partlayış Şəmdinli qəsəbə mərkəzindən 20 km uzaqlıqda  magistral yol üzərində olan Durak Jandarma hərbi postu önündə törədilib. Bomba yüklü maşın hərbi birliyə daxil olmaq istəyib, terrorçular ətrafdan hərbçiləri atəşə tutub. Hərbi birliyə daxil ola bilməyəcəyini anlayan terrorçu-kamikadze post yaxınlığında partlayıcı qurğunu işə salıb.
 
***

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində Durak Jandarma hərbi postuna bomba yüklü avtomobilə hücum nəticəsində şəhid olan əsgərlərin sayı 9-a çatıb.
 
APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı Hakkari Valiliyinə istinadən məlumat yayıb.
 
Partlayış nəticəsində  8 mülki şəxs də həyatını itirib. Valilik partlayış nəticəsində 11-i əsgər olmaqla, 27 yaralı olduğunu da açıqlayıb.
 
Qeyd edək ki, partlayış Şəmdinli qəsəbə mərkəzindən 20 km uzaqlıqda  magistral yol üzərində olan Durak Jandarma hərbi postunun önündə avtomobillər yoxlanarkən törədilib.
 
 ***
 
Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində Durak Jandarma hərbi postuna bomba yüklü avtomobilə hücum nəticəsində şəhid olan əsgərlərin sayı 8-ə çatıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Partlayış nəticəsində 5 əsgər yaralanıb.
 
Qeyd edək ki, partlayış Şəmdinli qəsəbə mərkəzindən 20 km uzaqlıqda  magistral yol üzərində olan Durak Jandarma hərbi postunun önündə avtomobillər yoxlanarkən törədilib.
 
12:32
 
Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi posta bomba yüklü avtomobilə hücum nəticəsində 6 əsgər şəhid olub.
 
APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
 
Terror aktını PKK terror təşkilatı törədib. Partlayış nəticəsində aralarında mülki şəxslərin də olduğu 7 nəfər yaralanıb.
 
***
 
saat 12.05
 
PKK terror təşkilatı Türkiyədə terror aktı törədib.
 
APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi posta bomba yüklü avtomobilə hücum edilib və güclü partlayış baş verib.
 
Partlayışdan sonra bölgəyə çoxlu sayda təcili yardım maşınları göndərilib.
 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol