• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ və Böyük Britaniya xəbərdarlıq etdi - Qırğızıstanda terror ola bilər

ABŞ və Böyük Britaniya xəbərdarlıq etdi - Qırğızıstanda terror ola bilər
29.05.2020 09:56

ABŞ və Böyük Britaniyanın Qırğızıstandakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlarına müraciət edərək oktyabr ayında ölkə hökuməti və xarici diplomatlara qarşı insanların qaçırılması və girov götürülməsi ilə bağlı ola biləcək terror hücumları təhlükəsinin yüksək olması barədə xəbərdarlıq edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliklərin rəsmi saytlarında məlumat yerləşdirilib.

"Qırğızıstanda oktyabr ayında ölkə hökuməti və xarici diplomatlara qarşı insanların qaçırılması və girov götürülməsi ilə bağlı ola biləcək terror hücumları təhlükəsinin yüksək olması barədə məlumat əldə etmişik. Britaniya vətəndaşlarına qarşı təhlükə barədə konkret informasiya olmasa da, vətəndaşlarımıza ictimai yerlərdə sayıq olmağı, izdihamlı yerlərdən uzaq gəzməyi və yerli hakimiyyət orqanlarının təhlükəsizlik məsələləri üzrə təlimatlarına əməl etməyi tövsiyə edirik", - Böyük Britaniya səfirliyinin saytında məlumat verilib.

Oxşar məlumat həftə sonu ABŞ səfirliyinin saytında da yerləşdirilib.

Səfirlik öz vətəndaşlarına xüsusən respublikanın cənubunda - Oş, Batken və Cəlal-Abad əyalətlərində səyahət edən zaman diqqətli olmağı tövsiyə edib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol