• $
  • €
  • ₽
  • ₺
  • £

"Galaxy Note 7" smartfonlarının istehsalı dayandırılıb

"Galaxy Note 7" smartfonlarının istehsalı dayandırılıb
10.10.2016 19:38
Cənubi Koreyanın "Samsung” şirkəti "Galaxy Note 7" smartfonunun istehsalını dayandırıb.
 
"Report”un xəbərinə görə, şirkət bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. 

Cənubi Koreyanın "Yonhap” agentliyinin məlumatına görə, istehsalın dondurulması ilə bağlı qərarı Cənubi Koreya, ABŞ və Çində istehsalçıların təhlükəsizliyi ilə məşğul olan agentliklər verib. Məhsulun istehsalının dayandırılması barədə məlumatın yayılması fonunda istehsalçılar yeni versiyasının təhlükəsiz olduğunu bildirsələr də, smartfon ABŞ-da təyyarədə yanıb. Təyyarədə telefonu yanan istifadəçi qeyd edib ki, köhnə şirkət tərəfindən geri çağırılan smartfonunu, yeni "təhlükəsiz” hesab edilənlə dəyişib.

Məhsulun enerji yığdığı zaman partlaması şikayətlərinin artması səbəbi ilə şirkət sentyabrın 2-dən "Galaxy Note 7”-nin satışının dayandırılması və geri çağırılması haqqında qərar qəbul edib. Smartfonun sosial şəbəkələrdə yanmış şəkilləri peyda olub.

Rəsmi olaraq bir çox ölkələr vətəndaşlarından "Galaxy Note 7”-dən təyyarə göyərtəsində istifadə etməməyi xahiş edib. ABŞ hökuməti vətəndaşlarına bu smartfonları söndürməyi və bir daha istifadə etməməyi məsləhət görüb. Smartfon qalmaqalı Koreya şirkətinin kapitallaşmasının aşağı düşməsinə səbəb olub.

Sentyabrın ortalarında "Samsung” yeni alınan smartfonların istifadə edilməsinə imkan verən proqram təminatının yenilənməsinin buraxıldığını elan edib. Eyni zamanda şirkət bildirib ki, smartfonların yeni modellərində yanmaya səbəb olan batareyalarla bağlı nasazlıq aradan qaldırılıb.

Ümumilikdə, "Samsung” daha əvvəl müxtəlif ölkələrə satılan 2,5 mln. ədəd məhsulu geri çağırıb. Telefonların geri çağırılma kampaniyasına start verildiyi gündən cəmi iki gün ərzində şirkət 22 mlrd. dollar ziyan edib.

Oktyabrın əvvəlində "Galaxy Note 7”-nin satışı Cənubi Koreyada bərpa edilib. Satışın ilk günündə (oktyabrın 1-də) "Samsung” 16 min ədəd smartfon satıb.

Qeyd edək ki, "Samsung” bu smartfonu ilk olaraq avqustda təqdim edib. O zaman smartfon "Android” bazasında ən yaxşı telefonlardan biri adlandırılıb. Bu smartfon  "Apple” şirkətinin istehsal etdiyi "iPhone7”-nin əsas rəqibi olmalı idi.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol