• $
  • €
  • ₽
  • ₺
  • £

"Mənim səviyyəmdə deyil, həddini bilsin" - Ərdoğandan İraqın baş nazirinə sərt sözlər

"Mənim səviyyəmdə deyil, həddini bilsin" - Ərdoğandan İraqın baş nazirinə sərt sözlər
11.10.2016 15:40
"ABŞ-dakı 11 sentyabr olaylarından sonra Qərbdə islam düşmənçiliyi artaraq davam edir”.
 
ANN.AZ APA-ya istinadən xəbər verir ki, bunu İstanbulda keçirilən 9-cu Avrasiya İslam Şurasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
R. T. Ərdoğan bildirib ki, dünyanın bir çox yerində müxtəlif dinlərə mənsub insanlar terror aktları törədir:
 
"Bu günə qədər buddist, yəhudi, xristian, ateist terroru anlayışına rast gəlinibmi? Bu dinlərə mənsub insanların törətdikləri terror aktları hətta adi cinayət kimi təqdim olunur. Ancaq terroru törədən müsəlmandırsa, bunu məhz islami terror kimi təqdim edirlər. Bu təqdimatda medianın da böyük rolu var. Biz bu kimi hallara qarşı mövqeyimizi ortaya qoymalı, səsimizi ucaltmalıyıq ”.
 
Suriya və İraqda terror təhdidinə qarşı mübarizə aparmaq üçün Türkiyənin heç kimdən icazə almasına ehtiyacı olmadığını vurğulayan R. T. Ərdoğan Türkiyənin Suriya və İraqla böyük sərhəd zolağı olduğunu xatırladıb:
 
"Min kilometrlərlə uzaqdan özlərinə qarşı terror təhdidinin olduğunu iddia edib, Suriya və İraqa gəlirlər. Türkiyəyə bununla bağlı heç kim söz deyə bilməz. Suriyada Cerablus və Çobanbəy qəsəbələrini "Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusu ilə birgə təmizlədik. Suriyada Münbicin əhalisinin 95 faizi ərəbdir. Ora PKK terror təşkilatının Suriya qolu PYD-ni yerləşdirməyə çalışırlar. Bizə söz verdilər ki, əməliyyatdan sonra PYD oradan çıxacaq. Ancaq sözlərini yerinə yetirmirlər. Ona görə də Türkiyə öz maraqları çərçivəsində Suriyada addımlar atmağa davam edəcək. Mənə İraqın baş naziri təhqirlər yağdırır. Sən mənim tərəf-müqabilim deyilsən, mənim səviyyəmdə deyilsən, İraqda çığırıb-bağırmağın bizim üçün heç önəmli deyil, biz bildiyimizi edəcəyik. Sən kimsən? İraq baş naziri. Öncə həddini bil. Məhz İraqın razılığı ilə Mosul yaxınlığındakı Başika düşərgəsinə Türkiyə hərbçiləri yerləşdirilib. Bu gün deyirlər ki, Türkiyə hərbçilərini oradan çıxarsın. Türkiyə sizin sözünüzlə hərəkət etməyəcək”.
 
R. T. Ərdoğan ABŞ Konqresində 11 sentyabr olayları ilə bağlı ölkə vətəndaşlarının Səudiyyə Ərəbistanı əleyhinə məhkəmə iddiaları qaldırmasına imkan verən qanunun qəbuluna da toxunub və bununla əlaqədar İslam Əməkdaşlıq Təşkilatına sədrlik edən ölkənin rəhbəri qismində 56 üzv ölkənin prezidentinə məktub yazdığını açıqlayıb:
 
"Biz də  qanunverici orqanımızda ABŞ vətəndaşının müsəlman ölkəsində törətdiyi terror aktına görə ABŞ-ın məsuliyyət daşıdığı barədə qanun çıxara bilərik. Cinayət şəxsidir. İndi Səudiyyə Ərəbistanına  qarşı ABŞ-da vətəndaşlar tərəfindən məhkəmələrə iddialar təqdim edilir. Məqsəd Səudiyyə Ərəbistanından pul qoparmaqdır. Bu məsələdə ABŞ prezidenti Barak Obama tək qaldı. Yalnız bir yaşlı hüquqşünas ona dəstək verdi, çünki hüquqşünas kimi bu işin perspektivi olmadığını bilir. 56 islam ölkəsinin bir araya gəldiyi İslam Əməkdaşlıq Təşkilatı əslində müsəlmanlara yönəlik bu addıma qarşı ortaq mövqeyini ortaya qoymalıdır”.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol