• $
  • €
  • ₽
  • ₺
  • £

Elmin açıqlaya bilmədiyi hadisələr

Elmin açıqlaya bilmədiyi hadisələr
13.10.2016 21:04
Dünyada bir sıra hadisə və varlıqlar var ki, elm onların sirrini hələ də tam açıqlaya bilmir. 
 
Onlardan bir neçəsini təqdim edirik:

1. Bədən və zehin əlaqəsi

Bir əfsanəyə çevrilən Plasebo zehinlə bədən arasındakı əsrarəngiz əlaqənin ən sadə sübutudur. Bu əlaqə özünü belə göstərir: Saxta - yəni, əslində dərman olmayan bir məhlul atdığından xəbərsiz olanlar dərdlərinə dərman olacaq bir preparatı atdığını fikirləşərək özlərini daha yaxşı hiss edirlər. Üstəlik, əlaqə bununla bitmir. Tibbi araşdırmalarda da düzəliş göstərilir Plaseboya baxanda insan istər-istəməz zehin nəyə inanarsa, bədənin də onu yaşadıığına hökm gətirir. Bəzi alimlər zehnin köməyilə bədənin öz-özünü sağaldabilmə qabiliyyəti müasir tibbin yarada biləcəyi möcüzədən qat-qat üstün olduğuna inanırlar.

2. Ruhlar

Ruhların varlığı haqqında ciddi bir sübut yoxdur. Hələlik, onları gördüyünü, söhbət etdiyini, şəkillərini çəkdiyini söyləyən xeyli insan var. Ancaq elm hələ ki, bu varlığı sübuta yetirməyib.

3. Deja-vu

Fransız sözü olan "deja-vu" Azərbaycan dilinə tərcümədə "daha öncə görülmüş" mənasını verir. Xüsusi bir xatirə olaraq düşünülür və nə vaxtsa bu hadisəni görmüş olduğunuzu hissetmə halıdır. Hərkəsin həyatında bir və ya bir neçə dəfə yaşadığı bu hiss təəccüblü, anlaşılmaz sehrli və tükürpədicidir. Alimlər deja-vu ilə əlaqədar bəzi açıqlamalar verməyə çalışsalar da, bu sehrli hissin səbəbi hələ də sirr olaraq qalır.

4. Taos uğultusu

ABŞ-ın New-Mexico əyalətində yerləşən kiçik Taos şəhərini ziyarət edən bəzi turistlər və vətəndaşlar illərdir ki, çöl sahələrdə sehrli, gücsüz, sakit bir səsə sahib olan uğultu və titrəyiş eşitdiklərini deyirlər. Bu sözləri deyənlər Taos vətəndaşlarının sadəcə 2%-ini təşkil edir. Bəziləri bu səsin çöldə, bəziləri isə sirr olduğuna inanırlar. Eşidilən səsə istər vızıltı, istər uğultu, titrəyiş, istər psixoloji, istərsə də sirr olduğuna inanın. Haqqında bilinən bir gerçək var. O da indiyə qədər heç kimin bu səsin harada olduğunu bilməməsidir.

5. Psixi güc (Vergi verilməsi)

Həm Şərqdə, həm də Qərbdə bir sıra insanlar psixi güclərə inanırlar. Bu günə kimi psixi gücləri olduğunu deyənlər alimlər tərəfindən test edilib. Hər dəfə də ya heçnə edə bilməyiblər, ya da ediblərsə, nə isə şübhəli qalıb. Altıncı hissin gücünə inanan adamlar hələ tam dəqiqliyi ilə bu hissin sübutunu elmə aça bilməyiblər.

6. Uzaqgörən

Psixoloqlar bu hissi açıqlayanda insanlar zehni, fərqində olmadan ətrafımızdakı dünya haqqında məlumat topladıqlarını deyirlər. Bu şəkildə biz əslində sadəcə görünüşdə bilmədiyimiz bəzi şeyləri bilir, ya da hiss edirik. Ancaq sözügedən məlumatlar zehnimizin dərinliklərində yaşadığı üçün bunun necə olduğunu heç cür anlaya bilmirik.

7. Ölümdən sonrakı həyat

Həyatlarında bir dəfə kliniki ölüm keçirmiş insanların bəziləri qaranlıq bir tuneldə yol alıb, sonda isə ağ işığa qovuşduqlarına dair hekayələr danışarlar. Bu fikirlər son dərəcə təsiredici olsa da, təəssüf ki, hələ heç kim o biri tərəfdən əlində bir sübutla geri dönməyi bacarmayıb. O biri dünyaya şübhə ilə baxanlar sözügedən mövzunun travma keçirmiş bir beynin bir sıra xəyallar gördüyünü qeyd edirlər. Buna görə də, ölümdən sonrakı həyat anlayışı hələ də sirr olaraq qalır.

8. Uçan boşqablar.

Bəli, uçan boşqablar var. Çünki dünyanın hər yerində səmada nə olduğu bilinməyən bir sıra obyektlər göründüyünü iddia edənlər var. Amma bu obyektlər əslində bir təyyarədir, yoxsa həqiqətən də Marslıların icad etdiyi son model bir Kosmos gəmisidir, bilinmir. Məhz buna görə də, bu məsələnin sirri heç cür açılmır.

9. Əsla tapılmayan itgin düşmüşlər

İnsanlar bəzən itirlər. Bəziləri yaşadıqları həyatdan qaçır, bəziləri bilinməyən qəzalarda itib gedir, bəziləri cinayət qurbanı olur. İtkin düşənlər ölü ya da diri tapılır. Ancaq insanlar da var ki, sanki yer yarılır, içinə girirlər. 1872-ci ildə Portugaliya yaxınlığında tapılan "ruh gəmisi" Marie Celestenin komandası, Amerika işçi lideri Jimm Hoffa bu şəkildə itkin düşənlərdən sadəcə bir neçəsidir.

10. Böyük ayaq

Bu sirr də Amerikadandır. Yeni qitədə illər boyu insana bənzəyən çoxlu tükü olan Böyük Ayaq adlı bir varlıq gördüyünü deyən saysız-hesabsız insanlar var. Bütün qitə ətrafında dolaşan söz-söhbətlər doğrudursa, əslində, minlərlə Böyük Ayağın olduğunu demək olar. Ancaq bu günə qədər bu qorxulu varlığa aid bir dənə də olsun meyit tapılmayıb. Ortada şəkillər, video yazılar və şahidlərin açıqlamalarından başqa bir şey yoxdur. Görünən odur ki, Böyük Ayaq da Şotlandiyada varlığı heç cürə sübuta yetirilməyən məşhur Loch Ness heyvanı kimi dünyadakı yerini qoruyacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol