• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazir: "Mosulun azad edilməsi üzrə əməliyyat başlanıb"

Baş nazir: "Mosulun azad edilməsi üzrə əməliyyat başlanıb"
17.10.2016 10:31
İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb.
 
APA-nın "AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.
 
"İki illik mübarizəmiz sona çatır. Qələbə yaxındadır! Bu ölkəmizin, İraq xalqının böyük qələbəsi olacaq”, deyə H.əl-Abadi bildirib.
 
İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.
 
Ötən gün İraq və ABŞ hərbi qüvvələri İŞİD-in nəzarətində olan Mosul şəhərinə artilleriya zərbələri endirməyə başlayıb. Əraziyə beynəlxalq koalisiyaya məxsus aviasiya cəlb olunub. İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinləri xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb. Mosul sakinlərindən evlərini tərk etməmək, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq tövsiyə edilib.  "Sky News Arabia" telekanalının məlumatına görə, İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol