• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən çox ziyarət olunan şəhərləri - SİYAHI

Dünyanın ən çox ziyarət olunan şəhərləri - SİYAHI
29.05.2020 03:38
"Mastercard” şirkəti dünyanın ən çox səyahət edilən şəhərləri və bu şəhərlərdə turistlərin xərcləri barədə ətraflı məlumatı özündə əks etdirən "Qlobal İstiqamətlər üzrə Şəhərlər İndeksi” ("Global Destinations Cities Index”) adlı hesabatını dərc edib. 

"Report”un məlumatına görə, turistlər tərəfindən 2016-cı ilin ötən dövründə ən çox ziyarət edilən şəhər Banqkok olub. Onun ardınca siyahıda London və Paris yer alır.

Azərbaycan turistlərinin ən çox səyahət etdiyi istiqamətlər Dubay Orta Şərq və Afrika regionunda ən çox ziyarət edilən şəhər olub, qlobal reytinqdə isə dördüncü yerdə qərarlaşıb.

Bundan başqa, Əbu-Dabi 81%-lik artım tempi ilə regionda ən sürətlə inkişaf edən şəhər olaraq dəyərləndirilib, bu da Birləşmiş Ərəb Əmirliyini həm ən çox ziyarət edilən, həm də sürətlə inkişaf edən ölkələr sırasında ardıcıl olaraq iki il birinci sırada saxlayır.

Hesabatda əsasən, Banqkoku 2016-cı ildə 21.47 mln. turist ziyarət edəcək ki, bununla da Tailandın paytaxtı siyahıda onun ardınca qərarlaşan London və Parisi geridə qoyub. Bu il turistlərin Dubayda 31,3 mlrd., Londonda isə 19 mlrd. dollar xərclənəcəyi proqnozlaşdırılır.

Araşdırma ilk dəfə olaraq səyahətlərin biznes və ya turizm məqsədli olmasını təhlil edir və beynəlxalq ziyarətçilərin qidalanma, yerləşmə və alış-veriş də daxil olmaqla xərcləmə vərdişləri haqqında məlumatları nəzərə alır. Bu ilin hesabatı onu göstərir ki, top-20 şəhər üzrə (Şanxay istisna olmaqla) insanlar ən çox turizm məqsədilə səyahət edirlər. Bu şəhərləri ziyarət edən turistlər qidalanma ilə müqayisədə ən çox alış-veriş üçün pul xərcləyirlər. Amsterdam, Barselona, İstanbul, Milan, Paris, Praqa və Vyana kimi Avropa şəhərlərində isə qidalanmaya xərclənən vəsait üstünlük təşkil edir.

Eyni zamanda, hesabat hər region üzrə top-istiqamələri də müəyyənləşdirib. Asiya və Saki okean regionu həm qlobal top-onluğa, həm də 10 ən sürətlə inkişaf edən şəhərlər siyahısına liderlik edir. Paris, İstanbul, Barselona və Amsterdam kimi şəhərləri geridə qoyan London siyahıda dünya üzrə ikinci, Avropa üzrə isə birinci yerdə qərarlaşır. Latın Amerikası regionunda isə Lima şəhəri 4,03 mln. turistlə ən çox səyahət edilən və dinamik inkişaf edən şəhərlər siyahısına başçılıq edir. Buna baxmayaraq, ziyarətçilərin xərclədikləri vəsaitin həcminə görə sıralama dəyişir: Punta-Kana (Dominikan Respublikası) 2,95 mlrd. dollar göstərici ilə regionda birincidir, onun ardınca Mexiko şəhəri gəlir (2,27 mlrd. dollar).

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol