Milli Qəhrəman haqqında film çəkilir

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Azərbaycan Mətbuat Şurasının birgə layihəsi əsasında aprel döyüşlərinin qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Murad Mirzəyev haqqında sənədli filmin çəklişlərinə başlanılıb.
ATXƏM-in mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, tanınmış jurnalist Bəxtiyar Qaracanın "Bitməyən savaşın qəhrəmanları" seriyasından olan sənədli film ictimayyətə "31 mart Azərbaycanlıların soyqırımı" və milli qəhrəmanın doğum günü ərəfəsində təqdim olunacaq. Filmdə aprel döyüşlərinin əhəmiyyəti, milli qəhrəmanın həyat və döyüş yolu haqqında geniş məlumat veriləcək.
www.ann.az
























